Xanımları necə təbrik edəcəksiniz? - SORĞU

8 Mart - Beynəlxalq Qadınlar Günüdür. 1857-ci ildə tarixin məhz bu günü ABŞ-ın Nyu-York şəhərində geyim sektorunda çalışan yüzlərlə qadın aşağı maaşa, pis iş şəraitinə və 12 saatlıq iş gününə etiraz olaraq tətil keçirir. Lakin polis aksiyanı amansızlıqla dağıdır.

 

53 il sonra - 1910-cu ildə Danimarkanın Kopenhagen şəhərində keçirilmiş Qadın Sosialist İnternasionalının qurultayında alman sosialist qadın Klara Setkin 1857-ci ildə ABŞ-da yandırılaraq öldürülən 129 qadın işçinin xatirəsinə hər il 8 mart gününü Dünya Qadınlar Günü olmasını təklif edir və bu təklifi qəbul edilir.

 

1965-ci ildən keçmiş SSRİ-də 8 Mart - Beynəlxalq Qadınlar günü istirahət günü elan olunur. 1977-ci ildə BMT bu günü qadın günü kimi rəsmiləşdirir. 

 

Beynəlxalq Qadınlar günü Azərbaycanda da geniş qeyd edilir. Ölkəmizdə də 8 Mart qeyri-iş günüdür. Bayram münasibətilə Bakı sakinləri arasında sorğu keçirdik. Görəsən, bu özəl xanımlarımızı kimlər necə təbrik edir?

Müəllif | Apa.Tv
Ayşən Əhməd