Tovuzda azyaşlı qız dərmandan zəhərləndi

Tovuz rayonunda azyaşlı qız dərmandan zəhərlənib.

 

APA TV-nin qərb bürosunun xəbərinə görə, Aşağı Quşçu kənd sakini olan 1 yaş yarımlıq Gülay Asim qızı Məhərrəmli dərman zəhərlənməsi əlaməti ilə xəstəxanaya yerləşdirilib.

 

Ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, evdə nəzarətsiz qalan azyaşlı babasının istifadə etdiyi dərman preparatlarını qəbul edərək zəhərlənib.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli