"Kia" "Lexus"a çırpıldı
Bakının Nərimanov rayonu, Təbriz və Ağaoğlu küçəsinin kəsişməsində yol nəqliyyat hadisəsi baş verib. APA TV- nin məlumatına görə, "Kia Sorento" və "Lexus" markalı avtomobillər toqquşub. Dövlət Yol Polisinin Nərimanov Rayon Şöbəsindən verilən məlumata görə, hadisəyə səbəb hər iki avtomobilin sürücüsünün yol ayrıcındakı işıqforun yaşıl ışığında bir-birilərini gözləmədən hərəkət etmələri olub. Nəticədə avtomobillər toqquşub. Toqquşmanı təsiri ilə "Kia Sorento" yol kənarındakı işıqfora çırpılıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Qəza ilə bağlı yolda tıxac yaranıb. Polis əməkdaşları yolu açaraq, nəqliyyatın normal hərkətini bərpa ediblər.
Faktla bağlı Dövlət Yol Polisinin Nərimanov Rayon Şöbəsində araşdırma aparılır. Qəzanın səbəbkarına gəlincə, "Təhlükəsiz şəhər" sisteminin kameraları vasitəsi ilə müəyyən olunacaq.