Göygöldə iki məktəblini maşın vurdu
Göygöldə iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin qərb bürosunun xəbərinə görə, hadisə rayonun Yeni Qızılca kəndində baş verib.
Kənd sakinləri - 2003-cü il təvəllüdlü Əskərov Coşqun Xəyal oğlu və həmyaşıdı Əliyev Rəvan Ramiz oğlu yolu keçən zaman “VAZ-2107” markalı avtomobil onları vurub. Müxtəlif bədən xəsarətləri alan hər iki yeniyetmə xəstəxanaya yerləşdirilib. Vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə, qəzanı törədən sürücü avtomobili ilə hadisə yerindən uzaqlaşsa da, sonradan polisə təslim olub.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.