12 metrlik quyuya düşən gənc xilas edildi - GORANBOYDA

Goranboyda 29 yaşlı gənc həyətdə qazılan və dərinliyi 12 metr olan su quyusuna düşüb. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə rayonun Tatarlı kəndində baş verib.

Kənd sakini Arzuman Alışov quyuda təmizlik işləri aparan zaman özünə bərkitdiyi kəndir qırılıb və o, dərinliyə düşüb. Köməksiz qalan gənci xilas etmək mümkün olmadığından hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri çağırılıb.

A.Alışov 12 metr dərinliyi olan su quyusundan çıxararılıb. Onun hər hansı bir xəsarət almadığı bildirilir.

Müəllif | Apa.Tv
Apa.tv