Goranboyda traktor və 3 minik maşını toqquşdu - YARALILAR VAR
Bakı-Qazax avtomobil magistral yolunda zəcirvari avtoqəza olub. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə yolun Goranboy rayonunun Borsunlu kəndi ərazisindən keçən hissəsində baş verib.
Yol nəqliyyat hadisəsi zamanı 3 minik avtomobili və bir qoşqulu traktor toqquşub. Qəza nəticəsində 4 nəfər Goranboy sakinləri Lətafət Həsənova, onun 8 aylıq nəvəsi Ayxan Həsənli, sürücü Dəmir Həsənov və şəxsiyyəti dəqiqləşdirilən daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırlıb.
Hadisənin baş vermə səbəbi araşdırılır.