Göygöldə mənzildən oğurluq edən şəxs saxlanılıb
Göygöldə mənzildən oğurluq edən şəxs saxlanılıb. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, fevralın 26-da rayonun Şəhriyar kəndində yaşayış evinə qanunsuz daxil olaraq oradan oğurluq edən 1988-ci il təvəllüdlü Ellezov Söhrab Sabir oğlu saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, o, mənzildən bir ədəd plazma televizor və əlvan metallardan ibarət məişət əşyaları oğurlayıb. Saxlanılan şəxs oğurladığı televizoru satmaq istəyərkən polis əməkdaşları tərəfindən yaxalanıb.
S.Ellezov Rusiyada da eyni əmələ görə məhkumluq həyatı yaşayıb. Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.