Neft həftəni ucuz qiymətlərlə başa vurur - ABŞ BAZARI TƏSİR ALTINDA SAXLAYIR

ABŞ-da neft hasilatının artması qiymətlərə mənfi təsir edib.

 

APA TV-nin məlumatına görə, rəsmi hesabatda ölkədə istehsalın da rekord səviyyəyə çatdığı əksini tapıb. Qaya nefti istehsalının sürətlənməsi dünya neft istehsalçılarında ciddi narahatlıq yaradır. Çünki neft ixrac edən ölkələrin əksəriyyətinin gəliri məhz bu sahədəndir.

ABŞ-da hasilatın artması OPEK-in istehsalı azaltmaqla bağlı razılaşmasını təsirsiz edir. Təşkilatdan bu ilin sonunda vaxtı bitəcək razılaşmadan sonra istehsalı mərhələli şəkildə artırmaq məsələsində çox ehtiyatlı addım atılacağı açıqlanıb.

 

Hazırda birjalarda "Brent" nefti 63,79 dollardan satılır. Üç gün əvvəl isə qiymətlər 66 dollardan baha idi. Bu müddətdə adı çəkilən marka iki dollardan çox dəyər itirib. Qərbi Texas markası da 3 dollara qədər ucuzlaşaraq, hazırda 60,26 dollardan satılır.

Müəllif | Apa.Tv
Elvin Bayramlı