Gəncə sakinindən narkotik və silahlar tapıldı
Gəncə polisi axşam saatlarında 28 yaşlı şəhər sakini Arzu Süleymanovu şübhəli şəxs qismində saxlayıb.
APA TV-nin xəbərinə görə, Kəpəz RPİ-yə gətirilən şəxsin əvvəlcə üzərinə, sonra isə evinə baxış keçirilib. Nəticədə saxlanılan şəxsdən bıçaq, beşbarmaq, qaz tapançası, narkotik vasitə olan tiryək və heroin aşkarlanaraq götürülüb.
Faktla bağlı istintaq hərəkətləri davam etdirilir.