Azərbaycanın dövlət sərhədini pozan suriyalı tutuldu

Azərbaycanın dövlət sərhədini pozan Suriya vətəndaşı saxlanılıb.

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən APA TV-yə verilən məlumata görə, 2018-ci ilin 7 mart tarixində Lənkəran sərhəd dəstəsinin Astara şəhəri yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən nəzarət-iz zolağında İran İslam Respublikası əra­zi­sindən Azərbaycan Respublikası istiqamətində naməlum şəxsin ayaq izləri aşkar olunub.

 

Təxirəsalınmaz sərhəd axtarışı tədbirləri nəticəsində sərhəd po­zu­cusu Astara-Ər­çivan magistral yolunda yanacaqdoldurma mən­tə­qəsinin yaxınlı­ğın­da saxlanılıb. Onun 1990-cı il təvəl­lüdlü Suriya vətən­da­şı Tahir Əli Əbdülsalam oğ­lu olması müəyyən­ləşdirilib. 

 

Sərhəd pozucusunun üzərindən 2 ədəd özünə məxsus Suriya vətəndaşının pasportu, 2 ədəd qovluqda Azərbaycan, Rusiya və Belarusun xəritələri, 1 ədəd dini ki­­tab, 578 ABŞ dolları, 1300 avro, 170 000 İran rialı aşkar olunub.

 

Faktla bağlı cinayət işləri başlanıb, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

 

Müəllif | Apa.Tv
Nigar Həsənli