Pentaqondan etiraf: Rusiya və Çinə qarşı gələcək gücdə deyilik
"ABŞ-ın nüvə raketlərindən müdafiə sistemi Çin və Rusiyanın strateji qüvvələrinə qarşı gələcək gücdə deyil".
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, ABŞ müdafiə nazirinin köməkçisi Con Rud Senatda çıxışı zamanı bu ifadələri işlədib.
Con Rud bildirib ki, "ABŞ öz nüvə silahlarını daima təkmilləşdirir və təkmilləşdirəcək. Ancaq bu, Rusiya və Çinin nüvə bazalarını məhv etmək imkanına sahib deyil.
Qeyd edək ki, Vladimir Putinin Federal Məclis qarşısındakı son çıxışında təqdim etdiyi yeni nüvə silahı, ABŞ-Rusiya münasibətlərini bir az da gərginləşdirib.