Sumqayıtda keçmiş məhkumdan narkotik tapıldı
Sumqayıtda keçmiş məhkumdan narkotik aşkarlanaraq götürülüb.
DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Vidadi Səmədov saxlanılıb.
Onun üzərində hal şahidlərinin iştirakı ilə şəxsi axtarış keçirilən zaman 2 qram narkotik vasitə olan heroin aşkar edilib. Axtarış tədbirlərinin davamı olaraq V.Səmədovun yaşadığı evə baxış keçirilən zaman əlavə olaraq orada gizlətdiyi 3 kiloqram 30 qram heroin və 4 kiloqram 20 qram marixuana aşkar olunub. Saxlanılan şəxs ilkin ifadəsi zamanı narkotik vasitələri satmaq niyyəti ilə əldə etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir.