Qəddafinin banklarda dondurulmuş milyardları yoxa çıxıb

Qəddafi ailəsinə məxsus dondurulmuş hesabdan 11 milyard avro yoxa çıxıb. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu barədə "Le vif" jurnalında dərc olunub.


Məbləğ Qəddafi ailəsinin Belçikanın "Euroclear" bankında dondurulmuş hesabından yoxa çıxıb. NATO ölkələrinin Liviyaya müdaxiləsindən sonra dondurulmuş hesablarda ilkin olaraq 16,1 milyard evro mövcud idi.

Belçika baş prokurorluğunun yoxlamasından sonra isə hesabda 5 milyard dollara yaxın vəsaitin olduğu aşkarlanıb. Faktla bağlı araşdırmalar aparılır.

 

Qeyd edək ki, Liviya investor şirkətlərinin sərəncamına verilən hesab böhrandan sonra ölkədə quruculuq işlərinin aparılması üçün nəzərdə tutulmuşdu.

Müəllif | Apa.Tv
Elvin Bayramlı