Mingəçevirdə mağazadan 100 min manatlıq qızıl oğurlanıb
Mingəçevir şəhərində 5 ay öncə törədilən oğurluq hadisəsinin üstü açılıb, mağazadan böyük məbləğdə qızıl əşyalar oğurlayan şəxs saxlanılıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, Mingəçevir şəhər sakini Adil Yusifov oktyabrın 25-də Mingəçevir Şəhər Polis Şöbəsinə ona məxsus mağazadan günorta saatlarında ümumi dəyəri 100 min manat olan qızıl-zinət əşyaların oğurlanması barədə müraciət edib.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq edən şəxs, Mingəçevir sakini, əvvəllər məhkum olunmuş Elnur Mahmudov Bakının Səbail rayonunda saxlanılıb. Onun kirayə yaşadığı evə baxış keçirilən zaman oradan qızıl əşyalar və onların bir hissəsini sataraq əldə etdiyi 4 min manat pul maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.