Rusiya Milli Qvardiyasının iki hərbçisi polis tərəfindən öldürülüb - PUL ÜSTÜNDƏ

Dağıstanda baş verən silahlı insident nəticəsində Rusiya Milli Qvardiyasının iki hərbçisi ölüb. APA TV-nin TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Qerqa qəsəbəsində qeydə alınıb.

Məlumata görə, yerli sakin məişət münaqişəsi zəminində odlu silahdan atəş açaraq “Rosqvardiya”nın iki əsgərini güllələyib. Hərbçilərin hər ikisi aldığı yaralardan hadisə yerində keçinib. Atəş açan şəxs saxlanılıb. Hadisənin səbəbləri müəyyənləşdirilir.

İlkin fərziyəyə əsasən, atəş polis əməkdaşı tərəfindən açılıb. Tərəflər arasında pul üstündə münaqişənin baş verdiyi deyilir.

Müəllif | Apa.Tv
Apa.tv