Serbiya parlamenti "erməni soyqırımı"nı tanımaqdan imtina etdi

Serbiya parlamenti "erməni soyqırımı"nı tanımaqdan imtina edib.

 

APA TV-nin Türkiyə mediasına istinadən xəbərinə görə, parlamentdə 1915-ci il hadisələrinin "erməni soyqrımı" kimi tanınması haqqında qanun layihəsi qəbul edilməyib.

 

Qanun layihəsini parlamentə Yeni Partiyanın lideri Zoran Zivkovic təklif edib. Keçirilən səsvermədə 7 lehinə, 139 əleyhinə olmaqla qanun layihəsi rədd edilib.

 

Qeyd edək ki, "erməni soyqırımı" haqqında qanun layihəsi 2010-cu ildə Serbiya Radikal Partiyası tərəfindən parlamentdə müzakirəyə çıxarılmış və qəbul edilməmişdi.

Müəllif | Apa.Tv
Elvin Bayramlı