NATO baş katibinin köməkçisi: "Türkiyənin Afrindəki əməliyyatlarından narahatıq"

NATO Türkiyənin Suriya ərazisində keçirdiyi "Zeytun budağı" əməliyyatı barədə açıqlama verib.

 

APA TV-nin Türkiyə mediasına istinadən xəbərinə görə, NATO baş katibinin köməkçisi Rozgot Omeler Türk Silahlı Qüvvələrinin Afrində keçirdiyi əməliyyata toxunub.

 

"Türkiyə NATO-ya üzv dövlətlərdən biridir. Artıq NATO dəyərlərini xatırlamağın vaxtıdır. Türkiyənin Afrindəki əməliyyatlarından narahatıq" - deyə xanım Rozgot bildirib.

 

Qeyd edək ki, NATO nizamnaməsinə əsasən, üzv dövlətlər başqa bir dövlət ərazisinə təşkilatın razılığı olmadan müdaxilə edə bilməzlər.

 

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı