ŞOK! Kürdəmirdə qoyun çəpiş balaladı
Kürdəmir rayonunda qeyri-adi təbiət hadisəsi baş verib. Rayonun Qarabucaq kəndində məskunlaşan Laçın rayonundan olan məcburu köçkünə məxsus təsərrüfatda qoyunun çəpiş balası olub. APA TV-nin xəbərinə görə, Əbil kişinin təsərrufatında baş verən bu nadir təbiət hadisəsi hər kəsi təəcübləndirib: "Uşaqlar da bura gələndə dedim inanmadılar, sonra gözləri ilə gördülər ki, qoyun quzu əvəzinə çəpiş balalayıb. 70 yaşım var, ilk dəfə belə bir şey görürəm".
Uzun illərdir, qoyunçuluqla məşğul olan sakinlər bildirirlər ki, bu cür hadisə ilə heç vaxt rastlaşmayıblar. Qonşular bu xəbərə əvvəl inanmasalar da, sonradan gözləri ilə gördükdə çox təəcübləniblər.
Qoyunun yeni dünyaya gətirdiyi dişi çəpiş normal qidalanır, digər quzularla bir yerdə qalır. Ən maraqlısı isə budur ki, keçilərlə bir yerdə qalan digər qoyunlarda hələ belə hal müşahidə edilməyib. Təsərrüfat sahibi deyir ki, adətən keçilər ilin mart ayında bala verir.