Xaçmazda oğru dəstəsi tutuldu - İKİSİ QARDAŞDIR

Xaçmazda silsilə oğurluqlar edən dəstə üzvləri saxlanılıb.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində silsilə oğurluqlar törətməkdə şübhəli bilinən 3 nəfərdən ibarət dəstə ifşa edilib.

 

Onlar rayonun Köhnəxaçmaz kənd sakinləri - əvvəllər məhkum olunmuş Əziz Hacıbalayev, Ruslan Hacıbalayev və qardaşı Kamran olduğu müəyyən edilib. Ətraflarında aparılan əməliyyat tədbirləri ilə dəstə üzvlərinin dekabr ayının 31-dən cari ilin fevral ayının 22-dək olan müddətdə rayon ərazisində müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşlara məxsus 3 fərdi evdən, 1 mağaza və 1 iaşə obyektindən məişət əşyaları oğurladıqları bəlli olub. Dəstə üzvlərinin oğurladıqları əşyaların bir hissəsi polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.

      

Qeyd olunan faktlarla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

 

 

Müəllif | Apa.Tv
Apa.tv