İsrailli deputat: "Allahu əkbər" yerinə "İsrail əkbər" deyin!"
"Bundan sonra namazlarınızda "Allahu əkbər" yerinə "İsrail əkbər" deyin!"
APA TV-nin Türkiyə mediasına istinadən xəbərinə görə, bu sözləri İsrail Knessetinin üzvü Yoav Kiş deyib.
İsrailin baş naziri Benyamin Netanyahunun lideri olduğu "Likud" partiyasından millət vəkili Knessetdə çıxışı zamanı fələstinli deputatları ittiham etməyə başlayıb. Terrorçu qruplaşmalarına dəstək olan fələstinlilərin Qüdsdən çıxarılmasını tələb edən Yoav Kiş "Mən bilirəm ki, siz namazlarınızda "Allahu əkbər" deyirsiniz, ancaq siz bundan sonra "İsrail əkbər" deməlisiniz" deyib.
Bu sözlərdən sonra fələstinli millət vəkilləri Kişə etirazlarını bildirməyə başlayıblar.
Qeyd edək ki, etirazlara baxmayaraq, terror qruplaşmaları ilə əlbir olan fələstinlilərin Qüdsdən deportasiya edilməsi haqqında qanun layihəsi qəbul edilib.