Türk ordusu daha 3 kəndi terrorçulardan təmizlədi

"Zeytun budağı" əməliyyatının 50-ci günündə məhv edilən PYD/YPG terrorçularının sayı 3195-ə çatıb. APA TV-nin məlumatına görə, bu açıqlamanı Türkiyə Silahlı Qüvvələri (TSQ) yayıb.


Cinderesdə davam edən əməliyyatlarda daha 3 kənd - Korta, Kaşa və Babak terrorçulardan azad edilib. Bununla da azad edilən kəndlərin ümumi sayı 131-ə çatıb.

 

Afrin yolu üzərində strateji əhəmiyyətə malik Cinderes qəsəbəsi Türk Silahlı Qüvvələri və Azad Suriya Ordusunun tam nəzarətinə keçib. PYD\YPG əsarətindən azad olan Cinderes əhalisi türk ordusunu böyük sevinclə qarşılayıb.

 

Afrinin Meşalə kəndində isə PYD\YPG-yə məxsus silah-sursat anbarı aşkar olunub. Türkiyə Silahlı Qüvvələrinin verdiyi açıqlamaya görə, silah sursatın ABŞ tərəfindən göndərildiyi güman edilir.

 

Eyni zamanda "Zeytun budağı" əməliyyatına dəstək vermək üçün Türkiyədən yeni qüvvələr cəlb edilib. Yeni Qüvvələr artıq Halay vilayətindədir və yaxın zamanlarda əməliyyatlarda iştirak etmək üçün Cinderese daxil olacaqlar.

 

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı