Sonuncu dəfə teatra nə vaxt getmisiniz? - SORĞU

Bu gün Milli Teatr günüdür. APA TV-nin xəbərinə görə, 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M.F.Axundzadənin "Sərgüzəşti-vəziri-xani Lənkəran" komediyası səhnələşdirilib və bununla da Azərbaycanda milli teatrın əsası qoyulub. Bu şərəfli işdə Həsən bəy  Zərdabi və Nəcəf bəy Vəzirov mühüm rol oynayıblar.

 

1918-ci ildə  Azərbaycan Xalq Cümhuriyyəti hökuməti pərakəndə fəaliyyət göstərən teatr truppalarını birləşdirərək Dövlət Teatrını yaradıb. 1919-cu il oktyabrın 24-də Azərbaycan Xalq Cümhuriyyətinin bütün dövlət və hökumət rəhbərlərinin iştirakı ilə Dövlət Teatrının rəsmi açılışı olub. Bu gün respublikamızda artıq 26 dövlət teatrı fəaliyyət göstərir.

 

Elə biz də Milli Teatr günü münasibətilə paytaxt sakinləri arasında sorğu keçirdik. Görəsən, onlar sonuncu dəfə nə zaman teatrda olublar?

Müəllif | Apa.Tv
Ayşən Əhməd