Abşeronda PARTLAYIŞ: 3 YARALI

Abşeron rayonunda daha bir yaşayış evində partlayış olub. Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, hadisə səhər saatlarında rayonun Digah qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 22 kv.m olan 2 otaqlı evdə qeydə alınıb.

 

Yanğınla nəticələnən partlayış baş nəticəsində 1 otağın yanar konstruksiyaları 12 kv.m sahədə yanıb. Partlayış zamanı 3 nəfər yanıq xəsarəti alıb və Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən xəstəxanaya aparılıb.

 

APA TV-nin xəbərinə görə, yanğınsöndürənlər evdə müvafiq təhlükəsizlik tədbirləri görüblər.

 

Bir neçə günöncə də Abşeronda iki yaşayış evində təbii qaz sızmasından partlayış olub. Nəticədə bir nəfər ölüb, bir neçə nəfər xəsarət alıb. 

 

Müəllif | Apa.Tv
Apa.tv