4 avtomaşın toqquşdu: yaralılar var - LƏNKƏRANDA
Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Hadisə zamanı 4 avtomobil toqquşub.
APA TV-nin cənub bürosunun verdiyi xəbərə gorə, avtoqəza Ələt-Astara magistral yolunun Lənkəran rayonunun Aşağı Nüvədi kəndindən keçən hissəsində qeydə alınıb. Gərmətürk qəsəbəsindən əsas yola çıxan və Ruslan Ağayevin idarə etdiyi "Mazda" markalı avtomobil hərəkətdə olan və Elvar Mikayılzadənin idarə etdiyi eyni markalı digər avtomobilə çırpılıb. Nəticədə E.Mikayılzadənin idarə etdiyi avtomobil aşaraq yolun kənarında dayanan Şöhrət Məmmədova məxsus "VAZ 2107" və Orxan Mirzəyevə məxsus "VAZ 2106" markalı avtomaşınlara dəyib. Qəza zamanı avtomobillərə ciddi ziyan dəyib.
Nəticədə 3 nəfər xəsarət alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlara ilkin tibbi yardım göstərilib, xəsarətləri yüngül olduğundan ambulator müalicə üçün evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.