Ağstafaçay su anbarında iki balıqçı batıb - QAZAXDA

Qazax rayonun Böyük Cəfərli kənd sakinləri Didivan gölündə batıb. APA TV-nin qərb bürosunun məlumatına görə, Ağstafaçay su anbarında (Didivan gölü) balıq tutan kənd sakinləri, 1981-ci il təvəllüdlü Omarov Aqif Sadiq oğlu və 1978-ci il təvəllüdlü Məmmədov Elşən Rişad oğlu gölə düşərək boğulub.

Onların batması barədə Fövqəladə Hallar Nazirliyinə də məlumat verilib. Əraziyə nazirliyin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Hazırda xilasedicilər tərəfindən suda batan şəxslərin axtarışı aparılır.

Müəllif | Apa.Tv
Apa.tv