Nyu-Yorkda helikopter dənizə düşüb: ölənlər var - QƏZA ANI
Nyu-Yorkda göyərtəsində bir neçə nəfərin olduğu helikopter qəzaya uğrayıb. APA TV-nin CNN-ə istinadən verdiyi xəbərə görə, turistləri gəzdirən helikopter İst-River boğazına düşüb.
Məlumata görə, həmin vaxt helikopterdə pilotla birgə 6 nəfər olub və onlar kirayə olaraq götürdükləri helikopterlə boğaz üzərində fotosessiya edirmiş. İnsident nəticəsində pilot özü vaxtında çıxaraq xilas olsa da, 2 sərnişin ölüb. Digər 3 nəfər isə çıxarılaraq xəstəxanaya çatdırılıb, onların vəziyyətinin ağır olduğu bildirilir.
Qəzanın səbəbləri müəyyənləşdirilir.