Berlində naməlum şəxslər məscidi yandırıb
Berlinin şimalında yerləşən Raynikendorf rayonunda məscid yandırılıb. APA TV-nin "Alman dalğası" radiosuna istinadən verdiyi məlumata görə, axşam saatlarında 3 naməlum gənc məscidin pəncərəsinin şüşəsini sındırıb və orada yanğın törədib.
Məscidin yaxınlığından keçənlər bu hadisəni görüb və polis çağırıb. Ancaq polisin onları saxlaması mümkün olmayıb. Polis məscidə hücumun islamafobiya xarakteri daşıyıb-daşımadığını araşdırır.
Hadisə yerinə gələn yanğınsöndürənlər məsciddə yanğını söndürüb. Lakin məscidin otaqlarından biri tamamilə yanıb.
Bundan başqa, Almaniyanın qərbində yerləşən Meşede şəhərində Türk-Alman Dostluq Birliyinin binasına da hücum edilib, binanın içərisinə "molotov kokteyli" atılıb.