Neftin qiymətləri stabilləşir

Dünya neft bazarında xam neftin qiymətləri stabilləşib.

 

APA TV-nin məlumatına görə, hazırda "Brent" markalı neft 65,58 dollardan satılır və qiymətlərdə yüksəlmə davam edir. Qərbi Texas nefti də ötən həftənin cümə günündən başlayaraq dəyər qazanıb. WTI markası hazırda 62,05 dollardan satılır.

 

ABŞ-da fəal neft quyularının sayı yanvar ayından bu yana ilk dəfə azalıb. Dörd ədəd azalan quyuların sayı 796-ya enib. Fəal quyuların sayının azalması, böyük ehtimalla istehsalın azalmasına səbəb olacaq.

Digər tərəfdən ölkədə neft ixracı artır, bu da bazara çıxarılan neftin həcminin artması deməkdir. Bu proses isə OPEK və Rusiya başda olmaqla bir neçə neft ölkəsinin əldə etdiyi istehsalın azaldılması razılaşmasının təsirini azaldır.

Müəllif | Apa.Tv
Fərid Rəsulov