Yəməndə terrorçular 52 NƏFƏRİ BELƏ ÖLDÜRÜB - REAL VİDEO

Yəmən Müdafiə Nazirliyi 52 nəfərin ölümü ilə nəticələn silahlı hücumun görüntülərini yayıb.

 

APA TV-nin xəbərinə görə, hücum Müdafiə Nazirliyində yerləşən hospitala edilmişdi. Hadisə zamanı 167 insan da yaralanmışdı. Bir həftə öncə baş verən hücumda partlayıcı ilə dolu avtomobil binan girişində partladılıb. Bundan sonra binaya daxil olan silahlılar hərbçilərə, həkimlərə, tibb bacılarına və mülki şəxslərə hücum etmişdilər. Videodan məlum olur ki, silahlı bir nəfər əlindəki qumbaranı mülki şəxslərin üzərinə atır.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı