Çin lideri vəzifəsində müddətsiz qalacaq - KONSTİTUSİYAYA DƏYİŞİKLİK

Çin Konstitusiyasında dəyişiklik olunub.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Çin Xalq Nümayəndələri Yığıncağı bir şəxsin iki dəfədən artıq Çin Xalq Respublikasının sədri və müavini postlarına seçilməsinə qadağanı nəzərdə tutan Konstitusiya müddəasının ləğv edilməsini dəstəkləyib.

 

Bununla da Çin Xalq Respublikasının sədri Si Tzinpinin müddətsiz olaraq vəzifəsini icra etməsinə heç bir maneə qalmayıb. Paytaxt Pekində Böyük Xalq Salonunda keçirilən səsvermədə konstitusiyaya dəyişiklik 6 əleyhinə olmaqla, 2958 nümayəndənin səs çoxluğu ilə qəbul olunub.
 

Maodan sonra Çinin ən güclü lideri olan Si Tzinpin Çin Kommunist Partiyasının sədri və Mərkəzi Silahlı Qüvvələrin Ali Baş Komandanı vəzifələrini də icra edir.

 

Qeyd edək ki, Çin Kommunist Partiyasında ən yüksək vəzifə sayılan partiya sədrinin 10 ildən bir təyin olunması barədə maddə 1982-ci ildə Konstitusiyaya daxil edilib.

Müəllif | Apa.Tv
Elvin Bayramlı