PKK Avropanın aeroport və qatar stansiyalarında türkləri güdür - YARALILAR VAR

Almaniyanın Düsseldorf hava limanında icazəsiz mitinq keçirən PYD/YPG tərəfdarları türk sərnişinlərə hücum edib.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, terror qruplaşması tərəfdarları Afrin əməliyyatına etiraz məqsədi ilə mitinq keçirib. Türk sərnişinlərə hücum edən kütlə 10 nəfəri yaralayıb.

 

Bundan sonra polis bibər qazından istifadə edərək mitinqi dağıtmağa müvəffəq olub.

İngiltərədə isə PKK tərəfdarları qatar stansiyalarını ələ keçirib.

 

Londonda və Mançesterdə PKK tərəfdarları Türkiyə hökumətini və "Zeytun budağı" əməliyyatını hədəf alıb, şüarlar səsləndirməyə başlayıblar.

 

Onlar Abdullah Öcalanın şəkillərini əllərində tutaraq London və Mançesterdə sərnişinlərin stansiyalara daxil olmasına mane olublar. Hadisə nəticəsində 3 saat müddətində stansiyalara giriş çıxış bağlanıb və polisin müdaxiləsindən sonra iş yenidən bərpa olunub.

Müəllif | Apa.Tv
Elvin Bayramlı