Tramp-Kim Çen In görüşü baş tutacaqmı? - ABŞ ŞƏRT QOYDU
"Şimali Koreya lideri Kim Çen In ABŞ-la sülh sazişi imzalamaq və iki ölkə arasında diplomatik münasibətlər qurmaq niyyətindədir. Şimali Koreya liderinin əsas məqsədi Pxenyanda ABŞ səfirliyinin açılmasıdır".
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu barədə Cənubi Koreya Prezidentinin Administrasiyasından bildirilib.
Bu arada ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MİK) rəhbəri Maykl Pompeo bildirib ki, Ağ Ev rəhbəri Kim Çen Inla görüşsə belə, hər hansı güzəştdən söhbət getməyəcək.
Onun sözlərinə görə, Şimali Koreya liderinin münasibətləri normallaşdırmaq qərarı ölkədəki ağır iqtisadi vəziyyət, ABŞ-ın sanksiya və təzyiqləri ilə əlaqədardır.
Ağ Ev sözçüsü Sara Sanders isə D.Trampla Şimali Koreya liderinin görüşü ilə bağlı məlumatı təkzib edərək, rəsmi Pxenyanın nüvə fəaliyyətini dondurmayacağı halda bunun reallaşmayacağını açıqlayıb.