Tramp: "Tillersonu vəzifəsindən uzaqlaşdırıram"
ABŞ dövlət katibi Reks Tillerson vəzifəsindən azad edilir.
APA TV-nin məlumata görə, bu barədə prezident Donald Tramp öz "Twitter" səhifəsində yazıb.
D.Tramp R.Tillersonu vəzifədən uzaqlaşdıracağını və yerinə Mərkəzi Kəşfiyyat İdarəsinin (MİK) direktoru Mayk Pompeonu təyin edəcəyini bildirib.