Türkiyə XİN rəhbəri Moskvaya gedib - "S-400"-LƏRİN MÜZAKİRƏSİ ÜÇÜN
Rusiya və Türkiyə XİN rəhbərləri Sergey Lavrov və Mövlud Çavuşoğlu bu gün Moskvada “S-400” zenit-raket komplekslərinin Türkiyəyə tədarükünə dair sazişin reallaşdırılmasını müzakirə edəcək.
APA TV-nin “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, M.Çavuşoğlu Birgə Strateji Planlaşdırma Qrupunun 6-cı iclasında iştirak etmək üçün Moskvaya səfər edəcək. Danışıqlar zamanı hərbi-texniki əməkdaşlıq sahəsində hazırkı və perspektiv layihələr müzakirə ediləcək.
İclasda həmçinin ticarət-iqtisadi əlaqələrdəki müsbət tendensiyaların saxlanılması və möhkəmləndirilməsi yolları müzakirə olunacaq. Xüsusi diqqətin enerji sahəsində əməkdaşlıq məsələlərinə yönəldiləcəyi qeyd edilir.
Nazirlər ikitərəfli ticarətdə qalan maneələrin aradan qaldırılması istiqamətində birgə addımları müzakirə edib.