Tehranda çərşənbə şənlikləri zamanı 3 nəfər ölüb, 400-dən çox adam yaralanıb

İranın Tehran əyalətində çərşənbə bayramının qeyd edilməsi zamanı baş vermiş insidentlərdə 3 nəfər ölüb, 400-dən çox insan xəsarət alıb. APA TV-nin Tehran bürosunun məlumatına görə, bu barədə İran Təcili Tibbi Yardım İdarəsinin sözçüsü bildirib.

Onun sözlərinə görə, yaralıların yarısı yanıq xəsarəti alıb. İki nəfərin pirotexniki vasitənin partlaması nəticəsində əlini itirdiyi bildirilir.

Qeyd edək ki, iranlılar da bəzi şərq xalqları kimi Novruz çərşənbələrində tonqalın üstündən tullanır. Bu zaman pirotexniki vasitələrdən də istifadə edilir. Çərşənbə şənlikləri eyni zamanda dindarların tənqidinə də məruz qalır. Onlar bunu İslama zidd hesab edir.

Müəllif | Apa.Tv
Apa.tv