İranın xarici işlər naziri Bakıya gələcək - DÖRDTƏRƏFLİ İCLAS GÖZLƏNİLİR

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin başçılıq etdiyi nümayəndə heyəti  martın 14-də Bakıya səfər edəcək . APA TV-nin Tehran bürosunun məlumatına görə, bunu İranın XİN sözçüsü Bəhram Qasimi deyib.

M.C.Zərifin səfərinin məqsədi Azərbaycan, İran, Türkiyə və Gürcüstan XİN başçılarının Bakıda keçiriləcək dördtərəfli iclasında iştirak etməkdir.

İranlı nazir dördtərəfli görüşdən sonra Qazaxıstana yola düşəcək.

Müəllif | Apa.Tv
Apa.tv