Xaçmazda avtomobil dərəyə aşdı: 2 yaralı

Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

 

APA TV-nin şimal bürosunun məlumatına görə, yeni inşa olunan Bakı-Quba-Rusiya Federasiyası yolunun Ağaşirinoba kəndi ərazisində 99 HD 671 dövlət nömrə nişanlı “Opel” markalı maşın yoldan çıxaraq dərəyə aşıb.

 

Nəticədə iki nəfər xəsarət alıb. Onlar Sumqayıt şəhər sakinləri - 1978-ci il təvəllüdlü Süleymanov Fərrux Davud oğlu və 1974-cü il təvəllüdlü Əliyeva Aygün Ayədşah qızıdır. Hər iki şəxs Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırmalar aparılır.

 

Müəllif | Apa.Tv
Vəli Turan