Səudiyyə şahzadəsi intihar etdi - 90 MİLYARD DOLLAR SƏRMAYƏ QOYDUĞU ÖLKƏDƏ

Səudiyyə şahzadəsi Bandar bin Xalid Əbdüləziz əl-Səud özünə qəsd edib.

 

APA TV-nin İngiltərə mediasına istinadən xəbərinə görə, intihar hadisəsi London hava limanında qeydə alınıb.

 

Polis əməkdaşları onu sənədlərinin qaydasında olmadığına görə deportasiya etmək istədikləri zaman şahzadə buna imkan verməyib və özünü eyvandan atıb. Hadisə ilə bağlı araşdırma aparılır.

 

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Britaniyada 90 milyard dollarlıq bir neçə müqavilə imzalayan şahzadə Bandarın ölümünü təsdiqləyib. Şahzadənin dəfn mərasimi səhər saatlarında Məkkə şəhərində kral ailəsinin iştirakı ilə keçirilib.

Müəllif | Apa.Tv
Apa.tv