Angela Merkel 4-cü dəfə kansler oldu

Almaniya Xristian Demokratik Birlik Partiyasının (CDU) lideri Angela Merkel parlament seçkilərindən altı ay sonra yenidən kansler seçilib.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, xanım siyasətçi seçkidən sonra yaranan böhranı arxada qoyaraq dördüncü dəfə Almaniya Federativ Respublikasının baş naziri olub.

 

Merkelin baş nazir olması üçün ümumilikdə 355 millət vəkilinin səsi lazım idi. O, 709 yerlik Bundestaqda keçirilən səsvermədə 364 səslə seçilib. 315 nəfər "xeyr" deyib, 9 vəkil "bitərəf" qalıb.

 

Almaniyanın yeni hökuməti prezident Frank Valter Ştaynmayerin hüzurunda and içərək işə başlayacaq.

Müəllif | Apa.Tv
Elvin Bayramlı