Azərbaycan Ordusunun təlimləri davam edir - RAKETLƏR SINAQDAN KEÇİRİLDİ
Müdafiə Nazirliyinə aid hərbi birləşmələrin genişmiqyaslı təlimləri davam edir.
APA TV-nin Müdafiə Nazirliyinin saytına istinadən məlumata görə, təlimlərin növbəti mərhələsində raket və Artilleriya Qoşunlarına aid hərbi hissə və birləşmələrin 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar döyüş atışları icra etmək məqsədilə ümumqoşun poliqonlarındakı müvəqqəti atəş və start mövqelərinə çıxarılıb.