Çavuşoğlu: "Menbiç məsələsi ilə bağlı ABŞ-la müzakirələr təxirə salına bilər"

"Türkiyə Suriyanın ərazi bütövlüyünü dəstəkləyir".

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Moskvada rusiyalı həmkarı Sergey Lavrovla birgə keçirdiyi mətbuat konfransında bildirib. 


O deyib ki, Suriyanın ərazi bütövlüyü həm Türkiyə, həm də Rusiya üçün önəmlidir: "Məqsədimiz Suriyanın Afrin bölgəsindən terrorçuların çıxarılmasıdır. YPG-yə ABŞ-ın silah yardımı etməsi qəbuledilməzdir".
 

Çavuşoğli ölkəsinin ABŞ-la münasibətlərinə və dövlət katibi Reks Tillersonun vəzifəsindən uzaqlaşdırılmasına da münasibət bildirib: "Türkiyə ilə ABŞ arasındakı münasibətlər çətin dövrünü yaşayır. Lakin bütün bunlara baxmayaraq, biz ABŞ-la dialoqu davam etdiririk. Bizim üçün fərqi yoxdur ABŞ dövlət katibi vəzifəsini kim tutacaq. Biz ABŞ-la əməkdaşlığı davam etdirmək marağındayıq".

Çavuşoğlu həmçinin 19 matda Vaşinqtonda keçirəcəyi görüşün Tillersonun vəzifəsindən uzaqlaşdırılması səbəbi ilə təxirə salına biləcəyini deyib.

Müəllif | Apa.Tv
Fərid Rəsulov