Gəncədə qəza: ana və iki oğlu yaralandı
Gəncədə ana və iki övladının xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb.
Hərəkətdə olan “VAZ-2106” markalı minik və “QAZel” markalı yük avtomobillərin toqquşması nəticəsində şəhər sakini, 39 yaşlı Nurlana İsgəndərova və onun övladları - 9 yaşlı Nihad və 7 yaşlı Yusif müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.