İstanbulda yaşayan ERMƏNİ JURNALİSTƏ 4 İLLİK HƏBS CƏZASI
İstanbulda yaşayan erməni dilçi, «Taraf» qəzetinin sabiq əməkdaşı erməni əsilli Sevan Nişanyan yaxın günlərdə təcridxanaya göndəriləcək. Mülki işlərə baxan məhkəmənin onun barəsində çıxardığı hökmü Apeliyasiya Məhkəməsi də qüvvədə saxlayıb. APA TV-nin «Demokrathaber» saytına istinadən verdiyi xəbərə görə, 2008-ci ildə məhkəmə onun barəsində 4 il müddətinə həbs cəzası təyin edib. Təqsirləndirilən şəxsin vəkilləri qərardan kassasiya şikayəti veriblər. Ona görə də qərarın icraasıtəxirə salınıb. Nişanyan qeyri-qanuni tikinti aparmaqda təqsirləndirilir.
O, ifadəsində bunları deyib: "Məni öz mülkiyyətimdə olan ərazidə kiçık daxma tikdiyimə görə təqsirli bilirlər. Bir necə deputat bu yaxınlarda təcridxanadan buraxıldı . Yəqin orda yerlər boşalıb".
Erməni saytları həbsin Sevan Nişanyanın qondarma "erməni soyqırımı" barədə çıxışları ilə əlaqələndirsə də, məhkəmə bunu inkar edir.