Pakistanda polis postu partladılıb - ÖLÜ SAYI ÇOXDUR

Pakistanın Lahor şəhəri yaxınlığında güclü partlayış baş verib. APA TV-nin "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində azı 9 nəfər ölüb.

İnsidentin təfərrüatları müəyyənləşdirilir. İlkin versiyaya əsasən, hədəfdə məhz asayiş keşikçiləri olub. 

Məlumata görə, hadisə zamanı azı 20 nəfər də yaralanıb. Partlayışın polis postunda baş verdiyi, ölənlərdən 5-nin asayiş keşikçisi olduğu bildirilir. 

Ölənlərin və yaralıların sayının artacağı istisna edilmir. Terror aktına görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Müəllif | Apa.Tv
Apa.tv