Seneqalda hərbi helikopter qəzaya uğrayıb - 6 ÖLÜ, 14 YARALI

Seneqalın cənubunda göyərtəsində 20 nəfərin olduğu hərbi helikopter qəzaya uğrayıb. APA TV-nin "Frans Press" agentliyinə istinadən verdiyi xəbərə görə, qəza nəticəsində 6 nəfər ölüb, 14-ü xəsarət alıb.

Yaralılardan 3-nün vəziyyətinin ağır olduğu deyilir. Məlumata görə, yaralıları yerli sakinlər aşkarlayıb. Helikopterdə olan digər hərbçilərin axtarışı davam etdirilir.

Qəzanın səbəbləri barədə hələlik məlumat verilmir. Hadisəni xüsusi komissiya araşdıracaq.

Müəllif | Apa.Tv
Apa.tv