Türkiyə İraqın şimalında hərbi əməliyyatlara başladı
Türkiyə hərbi aviasiyası İraqın şimalını bombalayıb.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu barədə Türkiyə Silahlı Qüvvələri (TSQ) Baş Qərargahından açıqlama verilib.
İraqın şimalında terror qruplaşmalarına aid hədəflərin vurulması davam edir. Hakuruk və Zap bölgələrində terrorçulara aid 8 hədəf Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) tərəfindən məhv edilib.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünənki açıqlamasında İraqın şimalında terrorist qruplaşmalara qarşı yeni əməliyyatlara başlayacaqlarını qeyd edib.