Biləsuvarda 7 yaşlı uşaq açar uddu
Biləsuvarda nəzarətsiz qalan 7 yaşlı uşaq açar udub.
APA TV-nin cənub bürosunun xəbərinə görə, ailə üzvlərinin nəzarətindən yayınan rayon sakini Şəfanə Ramil qızı Əmənli otaq qapısının üstündəki açarı götürərək udub.
Bundan xəbər tutan doğmaları dərhal onu Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Xəstəxanada həkimlər tərəfindən azyaşlı qıza lazımi yardımlar göstərilib. Sonra o, Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.