ABŞ-la Türkiyə arasında "Menbiç müzakirəsi" baş tutmadı
19 martda Vaşinqtonda ABŞ və Türkiyə xarici işlər nazirlərinin görüşü təxirə salınıb.
APA TV-nin Türkiyə mediasına istinadən xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy məlumat verib.
İki ölkənin xarici işlər nazirləri Menbiçdə birgə fəaliyyət planı barədə müzakirələr aparmalı idilər.
Xatırladaq ki, Mövlud Çavuşoğlu dünənki çıxışında Reks Tillersonun vəzifəsindən azad olunmasından sonra görüşün təxirə salınacağı ehtimalını qeyd etmişdi.