Əsəd qüvvələri Şərqi Qutanı mühasirəyə alıb
Şərqi Quta mühasirəyə alınıb. APA TV-nin "Euronews"a istinadən məlumatına görə, Əsəd qüvvələri Şərqi Qutanın mühasirəsinə başlayıb.
Hakimiyyət qüvvələri Hammuri rayonunun cənubunda yerləşən müxalifət qüvvələrinə hücum edib. Hücumdan öncə müxalifətçilərin tutduğu mövqelərə aviazərbələr endirilib. Bununla da müxalif qüvvələrin qərargahı dağıdılıb.
Qeyd edək ki, Şərqi Qutada sivil vətəndaşların bir hissəsinin çıxarılmasına müvəffəq olunsa da hələdə bölgədə xeyli sayda əhali yaşayır. 1200 nəfərdən çox insanın öldüyünü nəzərə alsaq Şərqi Quta Hələbdən sonra Suriyada qanlı döyüşlərin aparıldığı ən qızğın zonadır.