Rafiq Hüeynov: "SƏSİM BATIB"

Türkiyədə əməliyyat olunmuş xalq artisti, tanınmış diktor Rafiq Hüseynovun vəziyyəti yaxşıdır. Rafiq Hüseynov APA TV-yə deyib ki, indi həyata, sağalmağa inamı daha da artıb: "Güclə danışıram, səsim də batıb. Amma səhhətim bir balaca yaxşılaşıb".

 

Rafiq Hüseynov iki gündür ki,  özünü yaxşı hiss etmədiyini, zəiflədiyini, danışmağa çətinlik çəkdiyini, oturduğu yerdə təngənəfəs olduğunu, ancaq ayağa qalxdığını, bir az yeridiyini deyib.

 

Ciddi həkim nəzarəti altında olduğunu və müalicəsinin davam etdiyini  deyən  R. Hüseynov müalicələr bitənən sonra , növbəti həftə Bakıya qayıdacağını bildirib.

 

Müəllif | Apa.Tv